Bina sakinləri polisə və təcili yardıma xəbər veriblər Bina sakinləri polisə və təcili yardıma xəbər veriblər

Cavan oğlan ona “girişən” yaşlı kişini dəfələrlə bıçaqladı - ŞOK OLAY

Bina sakinləri polisə və təcili yardıma xəbər veriblər

Türkiyədə 22 yaşlı gənc 64 yaşlı kişini 15 yerindən bıçaqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 22 fevral 2017-ci il tarixində Konya şəhərində baş verib.

İddialara görə, Mustafa Tosun (22), Bayram Kocabaş (24) və Hasan Şengönül (64) spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə baş verib.

Buna səbəb isə H. Şengönülün əsgərlikdən məzuniyyətə gələn gənclərə sataşması olub. Mübahisə böyüdükdən sonra iki gənc 64 yaşlı kişini döyüb. Döyülən şəxs hadisə yerindən motosikletinə minərək uzaqlaşıb. Arxasınca gedən gənclərdən Mustafa Tosun onu 15 yerindən bıçaqlayıb.

Səs-küyü eşidən bina sakinləri polisə və təcili yardıma xəbər veriblər. Yaralı xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

Məhkəmə qarşısına çıxan Mustafa Tosun Hasan Şengönülü bıçaqladığını etiraf edib:

“Hadisə zamanı Bayramda da bıçaq var idi, ancaq o istifadə etmədi. Bizi ayırmağa çalışdı”.

Gənclərdən Bayram Kocabaş məhkəmə zalından azadlığa buraxılıb. Mustafa Tosun isə qəsdən adam öldürmədə təqsirli bilinib və ona 12 il həbs cəzası verilib.

Pərvanə

AzNews.az