Qarşı tərəf iddiaları təkzib edib Qarşı tərəf iddiaları təkzib edib

Azərbaycanda şok: Gənc oğlanı soyundurub, başına oyun açdılar - VİDEO

Qarşı tərəf iddiaları təkzib edib

Sabirabad rayonunda kürəkən qayınatanın sifarişi ilə döyülərək, çılpaq vəziyyətdə rayon mərkəzində təhqir edilib.

AzNews.az xəbər verir ki, bu barədə ATV telekanalnda yayımlanan "Bizimləsən" verilişində məlumat verilib. Verilişə gələn zərərçəkmişin qardaşı Xəyal bu barədə danışıb:

"Gəlinimizlə ailədə problem yaşandı. Bundan sonra onun atası və qohumları gəlib, onu aparmaq istədilər. Bu zaman mübahisə düşdü. Hadisədən bir neçə gün keçmiş gəlinimizin əmisi oğlanları qardaşımı yolda tutub, Kür çayının kənarına aparıblar. Orada əynindəki paltarları çıxarıb, lüt vəziyyətdə rayon mərkəzindəki çayxananın qarşısında döyüblər. Boynuna kəndir keçirdib sürüyüblər"

Xəyal adlı bəy onu da əlavə edib ki, hadisənin 50-dən çox şahidi var.

Qarşı tərəf isə iddiaları təkzib edib.

Aynur

AzNews.az