Faktla əlaqədar cinayət işi başlanıb Faktla əlaqədar cinayət işi başlanıb

İşə düzəltmək adı ilə dələduzluq edən şəxs tutuldu

Faktla əlaqədar cinayət işi başlanıb

İnsanları aldadaraq pullarını mənimsəyən Saatlı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az