Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Xidmət iti külli miqdarda qanunsuz siqaret aşkarladı

Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 3000 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az