Məhkəmə prosesi gələn həftə davam etdiriləcək Məhkəmə prosesi gələn həftə davam etdiriləcək

Prokuror Suriyada döyüşən şəxslərə cəza istəyib

Məhkəmə prosesi gələn həftə davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Əfqan Aslanov və Bilal İsmayılovun 10 il müddətibə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər. Onlar 2014-cü ildə Azərbaycana qayıdıblar.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib. (APA)

AzNews.az