Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir

İran vətəndaşı Azərbaycanla sərhəddə saxlanıldı - 2 kq narkotik vasitə ilə

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzNews.az

image description image description