- Qanundan kənarda
- 14 Dekabr 2019 16:04
- 3 528
Bakıda evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

İki evdən ümumilikdə 13720 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Bakıda iki mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 13720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb. (APA)
AzNews.az