- Qanundan kənarda
- 29 Dekabr 2019 13:38
- 3 901
Bakıda tibb mərkəzindən 8 min manat oğurlanıb
DİN məlumat yaydı
Bakıda tibb mərkəzindən 8059 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.
AzNews.az