O, əvvəllər də oğurluğa görə məhkum olunub O, əvvəllər də oğurluğa görə məhkum olunub

Yevlaxda söyüşə görə qətl

O, əvvəllər də oğurluğa görə məhkum olunub

Yevlax rayonunda qətl hadisəsi baş verib.

AzNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 6-sı saat 14 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü Rəşad Dəvrişov 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu bıçaqlayaraq öldürüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. R.Dəvrişov saxlanılaraq istintaqa təhvil verilib. O, əvvəllər də oğurluğa görə məhkum olunub.

İlkin məlumata görə, hadisə öldürülən şəxsin Rəşad Dəvrişovu nalayiq ifadələrlə söydüyünə görə baş verib.

Qeyd edək ki, hər iki şəxs qaraçı millətinin nümayəndəsidir.