Ətdən götürülmüş nümunələr QTA-nın laboratoriyasına təhvil verilib Ətdən götürülmüş nümunələr QTA-nın laboratoriyasına təhvil verilib

İstifadəyə yararsız 70 kq ət aşkarlandı

Ətdən götürülmüş nümunələr QTA-nın laboratoriyasına təhvil verilib

Mayın 26-da Bərdədə keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarə etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

AzNews.az-ın DİN-ə istinadən məlumatına görə, onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.