Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib

Baş Prokurorluq Xaçmazdakı insidentə münasibət bildirdi

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib

Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

Bu barədə AzNews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.