Hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb Hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb

İcra başçısının müavinini maşın vurdu

Hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb

Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakimiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.