- Qanundan kənarda
- 22 Avqust 2020 12:43
- 4 035
Müsavat patiyasının qərargahından oğurluq edən saxlanıldı
Əməliyyat-istintaq tədbirləri davam etdirilir
Müsavat patiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib.
Bu barədə şəhər BPİ Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.
Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.