“Müsavat” partiyasının qərargahından oğurluq edilib - FOTOLAR

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakının Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 30/97 ünvanında Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulub.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi (RPİ) və 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən - hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri - Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar.

Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.