- Qanundan kənarda
- 11 Dekabr 2020 09:30
- 2 140
Ötən gün 26 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
DİN məlumat yayıb
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.
Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.