Mənzilin qalan hissəsi yanğından mühafizə olunub Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın olub. Ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az