Faktla bağlı araşdırma davam etdirilir Faktla bağlı araşdırma davam etdirilir

Azərbaycanda 13 yaşlı qıza əxlaqsızlıq edən məmur həbs edildi

Faktla bağlı araşdırma davam etdirilir

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

Rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir. (Report)