Hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb Hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb

Abşeronda 33 yaşlı kişi bıçaqlandı

Hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.