Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil

Sumqayıt Məşğulluq Mərkəzinin sabiq işçisinin cinayət işi icraata götürülüb

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil

Rüşvət alma və dələduzluqda təqsirlədirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin sabiq baş məsləhətçi Rövşən Xəlilov və onun tanışı Gülgün Nəsirovanın cinayət işi icraata verilib.

Iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla R.Xəlilovun Mərkəzdə baş məsləhətçi vəzifəsində işləyərkən tanışı G.Nəsirova ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 min 900 manat məbləğində pul vəsaitini ələ keçirib.

İttihama görə, R.Xəlilov işlədiyi quruma məxsus olmaqla ona etibar edilən ümumilikdə 6 min 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talayıb, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində alıb, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik edib, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq zamanı R.Xəlilov tərəfindən vurulan ziyanın tam həcmdə ödənilməsi təmin olunub.