Salyanda qətl törədən şəxsin istintaqı tamamlanıb

Bu barədə rayon prokurorluğundan məlumat verilib

Bu il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.