DTX Anar Kərimovun kadrını həbs etdi - FOTO

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

AzNews.az xəbər verir ki, əməliyyat nəticəsində vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Nəsibov İlkin Kamal oğlu nazirliyin Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Məlumat üçün bildiririk ki, İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

image description