- Qanundan kənarda
- 8 Fevral 2023 14:18
- 7 797
Azərbaycanda məşhur apteklər şəbəkəsi cərimə edilə bilər
“Vita Apteklər şəbəkəsi” MMC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə ( Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət yeddi min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid