- Qanundan kənarda
- 9 Fevral 2023 15:04
- 7 849
Buta apteklər şəbəkəsi cərimə edilə bilər
“Buta Farm” MMC barəsində inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi rayon Məhkəməsində hakim Həmid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, şirkət yeddi min manatadək məbləğdə cərimə edilə bilər.
Pərvanə