Azərbaycan Metrologiya İnstitutu cərimə edilə bilər

“Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxs barəsində inzibati protokol tərtib edilib.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci( Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Rəşid