- Qanundan kənarda
- 14 Fevral 2023 18:00
- 8 761
“Baku Electronics” cərimə edilə bilər
“Bacu Electronics” MMC barəsində inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyət qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə ) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi rayon məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq. Baxış iclası 20.02.2023-cü il saat 15:00-a təyin edilib.
Protokol təsdiq edilərsə, şirkət 1500 manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid