“Azərişıq” barəsində protokol tərtib edilib

“Azərişıq” ASC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ( İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüsdeynovun sədrliyi ilə baxılacaq.

Rəşid