- Qanundan kənarda
- 21 Fevral 2023 12:56
- 6 971
Milyonluq tenderlərin qalibi barəsində protokol tərtib edilib
"Harmony İndustrial Construction and Engineering Group” MMC cərimə edilə bilər
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən və 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur.
Rəşid