- Qanundan kənarda
- 22 Fevral 2023 11:19
- 16 009
"Giləzi-Quşçuluq Şirkəti" MMC barədə protokol tərtib edilib
“Giləzi-Quşçuluq Şirkəti” MMC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə ) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Xızı rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət iki min manatadək məbləğdə cərimə edilə bilər
Rəşid