Cahan-Motors cərimə edilə bilər

“Cahan-Motors” MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə baxılacaq.

Rəşid