- Qanundan kənarda
- 3 Mart 2023 11:53
- 12 067
AZZA barədə protokol tərtib edilib
“AZZA” QSC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) madəsi ilə inzibati protokol tərtib edilib.
İşə Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.
Rəşid