Bakı Baş Səhiyyə Mərkəzi barədə protokol tərtib edilib

“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid