- Qanundan kənarda
- 3 Mart 2023 16:04
- 9 123
Oba Market cərimə edilə bilər
“Oba Market” MMC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət altı min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid