“Gədəbəy Mineral Suları” MMC barədə protokol tərtib edilib

“Gədəbəy Mineral Suları” MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci(Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Gədəbəy rayon Məhkəməsində hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid