“Azəriqaz” barədə protokol tərtib edilib

“Azəriqaz” İstehsalat Birliyi barədə inzibati protokol tərtib edilib.

Aznews.az xəbər verir ki, “Azəriqaz” İB barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci(İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.

Rəşid