SOCAR-a bağlı qurumlar barədə protokol tərtib edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” və “Neft Qaz Tikinti Tresti” barədə inzibati protokol tərtib edilib.

AzNews.az xəbər verir ki, aidiyyəti qurum tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” baərsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə), “Neft Qaz Tikinti Tresti” barədə isə məcəllənin 493-cü(Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddələri ilə inzibati protokol tərtib edilib.

İşlərə Xətai rayon məhkəməsində baxılacaq.

Rəşid