"İnternational Medical Centre" barədə protokol tərtib edilib.

“İnternational Medical Center Bakı” QSC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü(Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid