- Qanundan kənarda
- 5 Aprel 2023 12:51
- 6 408
Azərbaycan Beynəlxalq Bankı barədə protokol tərtib edilib
"Azərbaycan Beynəlxalq Bankı" ASC barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Göygöl rayon Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyi ilə baxılacaq.
Rəşid