“Big.X-Trade” MMC cərimə edilə bilər

“Big.X-Trade” MMC barədə inzibati protokol tərtib edilib

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Lənkəran rayon Məhkəməsində hakim Nicat Ağabəyovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid