Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb

May ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı, 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

image description