"NB Qrup" ASC barədə protokol tərtib edilib

"NB Qrup" ASC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci (Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Xəzər rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət iki min manat məbləğində cərimə ediləcək.

Rəşid Qarayev