- Qanundan kənarda
- 5 Avqust 2023 10:50
- 8 696
Metroda borclu qismində axtarışda olan şəxs saxlanılıb
Bakı metrosunda borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb.
Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.