Şirazdakı terror aktına görə 37 nəfər saxlanılıb

İranın Şiraz şəhərində terror aktı ilə əlaqədar 37 nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə yerli “Tasnim News Agency” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, saxlanınanlardan 5 nəfər azadlığa buraxılıb, 3 nəfərin haqqında toplanmış materiallar məhkəməyə göndərilib, qalan 29 nəfər barədə araşdırma davam edir.