Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədliyə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən, ümumilikdə, 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.