Coratda villaya basqın edildi: Bir ailədən iki nəfər qətl olundu - Türkiyə vətəndaşı yaralandı

Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.

Hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var.

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

Hücumda Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb.

Bundan başqa, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

Hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüb.

İlkin məlumata görə yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır. (APA)