- Qanundan kənarda
- 12 Fevral 2024 09:48
- 6 359
Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.