- Qanundan kənarda
- 20 Oktyabr 2024 11:09
- 9 946
Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub

Samur-Abşeron kanalının Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının kimliyi məlum olub.
Həmin şəxsin oktyabrın 3-də itkin düşən Xaçmaz rayon Hacıəlibəy kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızı olduğu müəyyənləşib.
Onun hansı şəraitdə kanala düşməsi məlum deyil. Qadının intihar etməsi, yaxud digər cinayətin qurbanı olması aparılan araşdırmalardan sonra bəlli olacaq.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.