İyul-sentyabr aylarında isə bu göstərici 391,151 milyon lirə təşkil edib İyul-sentyabr aylarında isə bu göstərici 391,151 milyon lirə təşkil edib

SOCAR-ın bu şirkəti 873 milyon gəlir əldə edib

İyul-sentyabr aylarında isə bu göstərici 391,151 milyon lirə təşkil edib

Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan “Petkim Holding”in xalis mənfəəti bu ilin 9 ayında 873,228 milyon Türkiyə lirəsi təşkil edib.

AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayılıb.

İyul-sentyabr aylarında isə bu göstərici 391,151 milyon lirə təşkil edib.

Hesabat dövründə şirkətin satışları 7,28 milyard lirə məbləğində olub. Bu il sentyabrın 30-na şirkətin aktivləri 13,959 milyard lirə təşkil edib.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Nigar CƏFƏR

AzNews.az