Neftin qiyməti bahalaşdı

“Brent”in qiyməti 0,55 dollar artaraq 61,64 dollar olub.

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 61,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar bahalaşaraq 53,69 dollar təşkil edib.