Mənfəət vergisi ödəmələri 5,3 milyon manat (2,8 dəfə çox) təşkil edib. Mənfəət vergisi ödəmələri 5,3 milyon manat (2,8 dəfə çox) təşkil edib.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfə azalıb

Mənfəət vergisi ödəmələri 5,3 milyon manat (2,8 dəfə çox) təşkil edib.

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət əldə edib.

AzNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,9% və yaxud təxminən 2 dəfə azdır.

Ay ərzində bankların faiz gəlirləri 162 milyon manat (illik müqayisədə 10,3% çox), faiz xərcləri 49,1 milyon manat (3,35% az), qeyri-faiz gəlirləri 52,4 milyon manat (71,2% çox), qeyri-faiz xərcləri isə 80,7 milyon manat (17,5% çox), aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 39,3 milyon manat (1 il əvvəl qənaət ediblər), digər gəlirləri 2,6 milyon manat (44,45% çox), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (2,8 dəfə çox) təşkil edib.

AzNews.az