Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Azərbaycan Latviyaya fındıq və nar ixrac edəcək

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Latviyanın Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, İqtisadiyyat Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ixrac missiyasında şərab və digər spirtli içkilər, qida, tekstil məhsullarının istehsalı və turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları latviyalı həmkarları ilə görüşlər keçiriblər, məhsul ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Belə ki, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min dollar dəyərində fındığın Latviyaya ixracına dair müqavilə imzalanıb.

Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.

Bununla yanaşı, Azərbaycanın “Crispa snacks” şirkəti Hindistan və Latviya şirkətləri ilə, “Delta Qrup” şirkəti Hindistanın “Sepmis Enterprises”, “Farko” şirkəti Latviyanin “Leversa”, “Şərq Ulduzu” şirkəti "Maxima" supermarketler şəbəkəsi, “Twins Tramp”, “Dagamba” şirkətləri, "Aspi Agro" şirkəti Latviyanın “Vina Medneks" şirkəti, “Brightman BMC” şirkəti isə şirkəti “Sky” supermarketi ve Budda Bura şirkəti ilə məhsulların ixracına dair müzakirələr aparıblar.

Azərbaycanın “Turizm.az” şirkəti latviyalı tərəfdaşları ilə turizm xidmətlərinin ixracının artırılması məqsədi ilə oktyabr ayında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı razılığa gəlib.

AzNews.az

image description image description